ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir | 1news.az | Xəbərlər
Siyasət

ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir

15:30 - 19 / 02 / 2018
ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir

ATƏT-in in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verib.

1news.az  xəbər verir ki, missiya fevralın 21-22-də Bakıda olacaq.

Ehtiyacların qiymətləndirilməsi missiyasına 4 nəfər daxil olacaq.

Onlardan 3-ü ATƏT DTİHB-nin eksperti, biri isə ATƏT PA katibliyinin üzvüdür.

Missiya informasiyalar toplayacaq və prezident seçkilərinin müşahidə edilməsi üçün missiyanın göndərilib-göndərilməyəcəyi və göndərilərsə, onun formatına dair tövsiyələr hazırlayacaq.

 Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər