Səfir: “Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq”
Azərbaycanla Efiopiya arasında əlaqələrin gücləndirilməsinə çalışırıq. Ölkələrimiz arasında uzunmüddətli əlaqələr var.
1news.az xəbər verir ki, bunu Efiopiyanın Azərbaycandakı səfiri (iqamətgahı Türkiyədə) Ayaleu Gobezi Vorknyu deyib.
“Biz Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq”.
O bildirib ki, iki ölkə arasında xüsusilə, biznes, mədəniyyət, infrastruktur və digər sahələrdə əlaqələrin inkişafı üçün səylər göstərilir: “Keçən ilin noyabr ayında Elmar Məmmədyarovun Efiopiyaya səfərini xatırladan səfir deyib ki, gələcəkdə də hər iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlər gözlənilir: “Həmçinin iki ölkənin biznes mühitinin nümayəndələrinin də qarşılıqlı səfərləri baş tutacaq. Ümid edirəm ki, bunun sayəsində iki ölkə arasında biznes əlaqələri gücləndiriləcək”.
Pərvanə Sultanova