Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfəri gözlənilir | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfəri gözlənilir

10:32 - 21 / 02 / 2018
Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfəri gözlənilir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər edə bilər.

1news.az xəbər verir ki, bunu Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev deyib.

Səfir vurğulayıb ki, səfərin dəqiq tarixi məlum olmasa da, səfərin bu ilin yazında, ola bilsin,  may ayının sonunda  baş tuta bilər.

H.Quliyev əlavə edib ki, səfər zamanı neft-qaz, kənd təsərrüfatı, sənaye, qida sənayesi, tikinti materialları sənayesi kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. İki ölkə arasında birbaşa aviareyslərin tezliyinin artırılması məsələsi də həll oluna bilər.

P.Sultanova

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər