Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

22:47 - 21 / 02 / 2018
Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

Peruda sərnişin avtobusunun uçuruma aşması nəticəsində həlak olanları sayı 44 nəfərə çatıb.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu TV Peru telekanalına Yerüstü Nəqliyyat Nazirliyinin baş direktoru Paul Konça bildirib.

Onun sözlərinə görə, daha 10 nəfər ağır yaralanıb.

Xatırladaq ki, qəza Arekipa regionunda baş verib. İlkin məlumata əsasən, sürücü idarəetməni itirib və avtobus Panamerika şosesindən çıxaraq 200 metr hündürlükdən uçuruma yuvarlanıb.

1news.az

Paylaş:
649

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər