Mübariz Əhmədoğlu: Parvanyanın Rusiya ilə birgə qoşunlarının komandanı təyin edilməsi yalan strategiyanın tərkib hissəsidir
Prezident Serj Sarkisyan general-mayor Tiqran Parvanyanı I ordu komandanlığından azad edib, Ermənistan-Rusiya qoşun birləşmələrinə komandan təyin etdi. T.Parvanyan I ordunun komandanı olmaqla yanaşı, həm də Ermənistan-Dağlıq Qarabağ birgə işğalçı qoşunlarının komandanı idi. Başqa sözlə, o Ermənistanın işğal olunmuş Dağlıq Qarabağda yerləşən hərbi hissələrinin komandanı idi.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ ərazisində 40 min hərbçi xidmətdədir. Bunun yalnız 5-6 mini Dağlıq Qarabağın özündən olan hərbçilərdir:
"Qalan 35 min hərbçi Ermənistan respublikasından gəlmədir. Parvanyan 2017-ci ilin dekabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərinə bitişik hissəsində Ermənistanın keçirdiyi birgə hərbi təlimlərə rəhbərlik etdi. Üstündən iki ay yarım keçmiş onu indiki vəzifəyə təyin etdilər. Rusiya-Ermənistan birgə qoşun birləşmələrinin əvvəlki komandanı A.Markaryan Dağlıq Qarabağda hərbi əməliyyat zamanı sərəncamında olan Ermənistan-Rusiya qoşun birləşmələrini Dağlıq Qarabağ ərazisində müharibəyə başlamaq əmri verəcəyini bildirmişdi. A.Markaryan bu zaman RF prezidenti, RF silahlı qüvvələrinin, o cümlədən Ermənistandakı hərbi birləşmələrin ali baş komandanı V.Putinin mövqeyini nəzərə almayacağını bildirdi. Görünür, bu səbəbdən onu komandanlıqdan azad etdilər.
Eyni zamanda prezident Sarkisyan dəqiq başa düşür ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan üstündür. Hərbi kontekstdə Azərbaycanın Ermənistandan üstünlüyü daha aşkar hiss olunur. Ermənistan cəmiyyəti mənəviyyatsızlıq uçurumuna yuvarlanmaq ərəfəsində ikən Azərbaycanda mənəvi baxımdan güclənmə baş verir. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində qoşunların dislokasiyası barədə kəşfiyyat məlumatları da S.Sərkisyanda xof yaradıb. Keçmiş baş kəşfiyyatçısı Vova Vardanov Azərbaycanın Daşkəsən-Gədəbəy və Naxçıvan istiqamətindən Ermənistana hücum edəcəyini anons edib. Onun fikrincə, Azərbaycan hərbçiləri Sevan gölündə forel balığı yemək istəyirlər".
Politoloq vurğulayıb ki, Sərkisyan başa düşür ki, təkbaşına Azərbaycanın öhdəsindən gələ bilməyəcək. Bu məsələdə onun müttəfiqi yoxdur: "Ona görə öz xalqını aldatmaq üçün manevrlər edir. Dağlıq Qarabağda erməni qoşunlarına komandanlıq etmiş, general-mayor Parvanyanı Ermənistan-Rusiya birgə qoşunlarının komandanı təyin etmək belə yalan strategiyasının tərkib hissələrindən biridir. Görünür, Sarkisyanın bu yalanı uzun davam etməyəcək. Azərbaycan hərbçilərinin mövqe döyüşünü udması barədə erməni kəşfiyyatçılarının hay-küyü bunu deməyə əsas verir".
1news.az