ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb
ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə daşıyacağı vaxt məlum oldu.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, proses 14 mayda - İsrailin müstəqilliyinin 70 ilinin tamam olduğu gündə baş tutacaq.
Bu barədə İsrail Nəqliyyat və Kəşfiyyat naziri Yisrael Katz məlum verib. O, bu addımı müstəqillik gününə edilmiş ən böyük hədiyyə olaraq qiymətləndirib.
Qeyd edək ki, Şərqi Qüdsü 5 iyun 1967-ci ildə işğal edən İsrail, 1980-ci ildə şəhərin qərbini və şərqini “birləşmiş paytaxt” elan edib. Bu qərar uzun illər heç bir dövlət tərəfindən tanınmayıb. Lakin ötən ilin 6 dekabrında Donald Tramp Qüdsü “ABŞ-ın paytaxtı” kimi tanıyan ilk prezident olub.
1news.az
512