Toy hədiyyəsindən bomba çıxıb: 2 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Toy hədiyyəsindən bomba çıxıb: 2 nəfər həlak olub

13:47 - 25 / 02 / 2018
Toy hədiyyəsindən bomba çıxıb: 2 nəfər həlak olub

Hindistatnda yenicə toyu olmuş cütlüyə göndərilən hədiyyələrin birinə naməlum şəxs tərəfindən bomba qoyulub.

Yeni evlənənlər qutunu açarkən partlayış baş verib.

Hadisənin Odişa ştatında toy mərasimindən bir neçə gün sonra baş verdiyi bildirilir.

Partlayış nəticəsində bəyin nənəsi hadisə yerində həlak olub, bəy isə sonradan xəstəxanada dünyasını dəyişib. Qadının vəziyyəti ağır olaraq qalır.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

S.Xankişiyeva

Paylaş:
952

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər