Marqvelaşvil: Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır | 1news.az | Xəbərlər
Siyasət

Marqvelaşvil: Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır

15:02 - 26 / 02 / 2018
Marqvelaşvil: Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır

“Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır”.

1news.az  APA –ya istinadla xəbər verir ki, bunu  Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Müstəqillikdən azadlığa - respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.

Görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelaşviliyə bu gün Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsə də, suala cavab verən prezident Gürcüstanın Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirib.

Marqvelaşvili Gürcüstanın Dağlıq Qarabağ münaqişənin dinc yolla və sülh şəraitində həll olunmasının tərəfdarı olduğunu deyib. 

Rayonun məşğulluq mərkəzində keçirilmiş görüşdə dövlət başçısı bu ilin respublikanın yaranmasının 100 illiyinin qeyd olunması baxımından Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib.

O, Gürcüstanın tarix boyu və müasir dövrdə üzləşdiyi çağırışlar, ölkə ərazisinin Rusiya tərəfindən işğalının yaratdığı problemlər barədə danışıb və görüş iştirakçılarını maraqlandıran  suallara cavab verib.Marqvelaşvili bildirib ki, Gürcüstanın azərbaycanlı vətəndaşları cəmiyyətdə çox fəaldırlar. Gənclərin ilk respublikanın yaranmasının 100 illiyi ilə bağlı tədbirlərdə iştirakının çox vacib olduğunu deyib.

1news.az

Paylaş:
600

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər