Araz Əzimov II Kabil Konfransında iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Araz Əzimov II Kabil Konfransında iştirak edir

16:41 - 28 / 02 / 2018
Araz Əzimov II Kabil Konfransında iştirak edir

Bu gün Əfqanıstan hökümətinin təşkilatçılığı ilə II Kabil Konfransı işə başlayıb.

1news.az-a Əfqanıstanın Bakıdakı səfirliyindən verilən məlumata görə, tədbirdə 26 ölkədən, həmçinin BMT və NATO-dan nümayəndələr iştirak edir.

Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edir. İştirakçılar Əfqanıstanda sülh və tərəqqinin əldə olunması, bu məqsədlə beynəlxalq dəstəyin davam etdirilməsi üçün müzakirələr aparacağı nəzərdə tutulub.

P.Sultanova

 

 

 

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər