Gəncədə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Martın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki Mədəniyyət Evində vətəndaşların qəbulunu keçirəcək.
Komitədən 1news.az-a bildiriblər ki, saat 10:00-da keçiriləcək qəbulda Göygöl, Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə, Samux rayonlarının sakinləri iştirak edəcəklər.
Qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər mövzuların diqqət mərkəzində olacağı qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə də müzakirələr aparılacaq.
1news.az