Ermənilərin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsində təxribatının qarşısı alınıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsində təxribatının qarşısı alınıb

22:48 - 28 / 02 / 2018
Ermənilərin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsində təxribatının qarşısı alınıb

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib.

Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.

Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanır.

Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər