“Zeytun budağı”: 2612 terrorçu zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Dünya

“Zeytun budağı”: 2612 terrorçu zərərsizləşdirilib

12:23 - 04 / 03 / 2018
“Zeytun budağı”: 2612 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 2612-yə çatıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən başlatdığı “Zeytun budağı” əməliyyatının məqsədi qardaş ölkə üçün təhdid yaradan PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarını bölgədən uzaqlaşdırmaq, sərhəd xəttinin və həmin ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir.

S.Xankişiyeva

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər