Merkelin hökumətə rəhbərlik etməsi rəsmən təklif olunub | 1news.az | Xəbərlər
Dünya

Merkelin hökumətə rəhbərlik etməsi rəsmən təklif olunub

15:28 - 06 / 03 / 2018
Merkelin hökumətə rəhbərlik etməsi rəsmən təklif olunub

Bu gün Almaniya Prezidentinin administrasiyasının kuryeri bundestaqın sədrinə dövlət başçısının məktubunu təqdim edib. 

1news.az xəbər verir ki, Frank-Valter Ştaynmayer Almaniya kansleri vəzifəsinə Angela Merkelin namizədliyini rəsmən təklif edib.

Almaniya hökumətinin başçısı Prezidentin təklifinə əsasən bundestaq tərəfindən seçilir. Səsvermə martın 14-də keçiriləcək. Elə həmin gün Merkel və onun başçılıq etdiyi yeni nazirlər kabinetinin üzvləri and içəcək və Almaniya hökuməti nəhayət – keçən il sentyabrın 23-də keçirilmiş parlament seçkilərindən demək olar ki, altı ay sonra işə başlayacaq.

1news.az

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər