Kabildə partlayış: ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Kabildə partlayış: ölənlər var

13:17 - 09 / 03 / 2018
Kabildə partlayış: ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfərin həlak olduğu bildirilib.

İlkin məlumata görə, partlayışı intiharçı terrroçu törədib.

Hadisə nəticəsində daha 10 nəfərin yaralandığı bildirilir.

Partlayışın digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

1news.az

 

 

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər