Barak Obama şoumenliyə başlayır | 1news.az | Xəbərlər
Dünya

Barak Obama şoumenliyə başlayır

16:48 - 09 / 03 / 2018
Barak Obama şoumenliyə başlayır

ABŞ-ın 44-cü prezidenti olmuş Barak Obama yaxın zamanlarda telekanallardan birində şərhçi kimi fəaliyyətə başlayacaq.

Eks-prezidentin artıq “Netflix”lə danışıqlara başladığı və ilkin razılaşma əldə edildiyi bildirilir.

Obamanın televiziya şərhçiliyində özünün prezidentlliyi dövründə baş verən mühüm hadisələrdən bəhs edəcəyi gözlənilir.

Eyni zamanda, Obamanın ABŞ-ın indiki prezidenti Donald Tramp və onun yeritdiyi siyasətlə bağlı hər hansı fikir bildirməyəcəyi qeyd olunur.

S.Xankişiyeva

 

 

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər