Trampla Kim Çen In görüşə bilər | 1news.az | Xəbərlər
Dünya

Trampla Kim Çen In görüşə bilər

09:51 - 09 / 03 / 2018
Trampla Kim Çen In görüşə bilər

ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In may ayınadək görüşə bilərlər.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Koreya Respublikası prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonq Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib.

Cənubi Koreya rəsmisi bildirib ki, ABŞ prezidenti Donald Tramp KXDR liderinin dəvətini qəbul edərək ən qısa zamanda onunla görüşməyə razı olduğunu deyib.

Qeyd edək ki, KXDR lideri Kim Çen In nüvə silahsızlaşdırılması məsələsini ABŞ ilə müzakirə etməyə hazır olduğunu deyib.

S.Xankişiyeva

 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər