Gələcəyin metrosu: İlon Mask yeraltı tunellər üçün elektrobusu göstərib – VİDEO
“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask digər şirkəti “The Boring Company” tərəfindən inşa ediləcək yeraltı tunellər üçün elektrobusun konsepsiyasını göstərib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, İlon Mask videonu öz Twitter səhifəsində paylaşıb:
“Hesab edirəm ki, bunu tunel və liftlərin arasında avtomatik dayanan, sürəti saatda 150 mil (241 km/saat) olan yeraltı elektrik avtobusu adlandırmaq olar. Bəli, bu, avtobusdur6
Biznesmen bəyan edib ki, “The Boring Company” şirkəti üçün prioritet avtomobillər yox, piyadalar və velosipedçilər olacaq. Mask izah edib ki, onun şirkəti şəhər ərazində çoxlu sayda kiçik stansiyalar inşa etmək niyyətindədir.
S.Xankişiyeva
694