Berlində məscid yandırılıb | 1news.az | Xəbərlər
Dünya

Berlində məscid yandırılıb

20:00 - 11 / 03 / 2018
Berlində məscid yandırılıb

Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.

Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə yanğını söndürüblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.

S.Xankişiyeva

 

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər