Nepalda təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Nepalda təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB

20:34 - 12 / 03 / 2018
Nepalda təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB

Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 50-yə nəfərə çatıb.

1news.az-ın xəbərinə görə, bu barədə “Reuters” ordu Nepalda hərbi nümayəndəyə istinadən yazıb. Hadisə zamanı 20-yə yaxın şəxsin xilas edildiyi bildirilir.

15:06

Banqladeşə məxsus təyyarənin Nepalda qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.

1news.az  xəbər verir ki, müxtəlif xəsarətlər almış 17 nəfər isə xəstəxanaya yerləşdirilib.

Təyyarədə olan 37 kişi, 27 qadın və 2 uşağın aqibəti hələlik məlum deyil.

1news.az  

13:56

Nepalın paytaxtı Katmandunun beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

1news.az  xəbər verir ki, Banqladeşin “US-Bangla” özəl aviaşirkətinə məxsus təyyarə eniş zamanı uçuş-eniş zolağına düşə bilməyib. Təyyarə aeroport yaxınlığındakı futbol meydançasına düşüb.

Qəzadan sonra təyyarədə yanğın başlayıb.Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.

Hadisə nəticəsində həlak olanların olduğu bildirilsə də, bu barədə rəsmi məlumat verilməyib.

1news.az

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər