Modern Diplomacy: ABŞ Konqresi ermənilərin əlində alətə çevrilməməlidir | 1news.az | Xəbərlər
Siyasət

Modern Diplomacy: ABŞ Konqresi ermənilərin əlində alətə çevrilməməlidir

14:10 - 14 / 03 / 2018
Modern Diplomacy: ABŞ Konqresi ermənilərin əlində alətə çevrilməməlidir

ABŞ Konqresi saxta xəbərlərin yayılması və mübahisəli məsələlərin qanuniləşdirilməsində özündən istifadə edilməsinə imkan verməklə çətin vəziyyətə düşər bilər.

“Modern Diplomacy” nəşrində dərc edilmiş “Saxta dövlətin nominal rəhbəri Bako Saakyan ABŞ Kapitolisində saxta mükafat alacaq” adlı məqalənin müəllifi Yudjin İladi bu fikirdədir.  

İşğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış heç kim tərəfindən tanınmayan separatçı qurumun rəhbəri elan edilmiş Bako Saakyanın çıxış etmək və naməlum mükafat almaq üçün çərşənbə günü (bu gün) ABŞ Kapitolisində tədbiri planlaşdırılıb.

“Tədbirin dəvətnaməsində qeyd edilir ki, bu “Konqresdə qəbul”dur, lakin qonaqlar arasında Konqresin hazırki üzvlərindən bir nəfər belə olsun yoxdur”, - deyə İladi yazır.

Müəllif qeyd edir ki, “Arsax” 1988-1994-cü illər müharibəsi zamanı Ermənistan tərəfindən faktiki olaraq işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ regionudur.

“Dağlıq Qarabağ regionu və ətraf ərazilər qədim dövrlərdən etibarən Azərbaycana məxsus olmuşdur. 1988-ci ildə Ermənistan təcavüzkar fəaliyyətə başlamışdır. Altı il sonra Atəşkəs rejimi elan edildikdə, Azərbaycan ərazilərinin 20%-ni təşkil edən region ermənilərin və Ermənistan tərəfindən dəstəklənən separatçıların nəzarətində qalmışdır”, - məqalədə qeyd edilir.

Məqalədə yazılır ki, ermənilər mütəmadi olaraq, regionda atəşkəs rejiminə məhəl qoymur və “dondurulmuş münaqişə”nin nizamlanması üzrə danışıqları pozurlar.

Müəllif xatırladır ki, uzunmüddətli müharibə zamanı 30 000 azərbaycanlı qətlə yetirilmiş, 50 000 nəfər yaralanmışdır. Ermənistanın Dağlıq Qarabağda apardığı etnik təmizləmənin nəticəsi olaraq, 724 000 insan məcburi köçkünə çevrilmişdir.

“Özünü həm də “Dağlıq Qarabağ Respublikası” adlandıran Arsax dünyanın heç bir ölkəsi tərəfindən tanınmamışdır. BMT-nin hər bir üzvü əvvəlki tək hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və bu regiona nəzarət etməkdə davam edən Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilmişdir.

Ermənistan qurumun müstəqilliyinin faktiki tanınmasına nail ola bilmədiyindən yeganə çıxış yolu kimi faktların yuyulmasına əl atır. Eyni yalanı uzun müddət dedikdə onun həqiqətə çevrildiyinə inanan körpələr, yaxud siyasətçilər kimi Ermənistan da hesab edir ki, “Arsax” milləti haqqında yayılan uydurmalar son nəticədə fakta çevriləcək. Kapitolidə təşkil edilən tədbir də bu cür uydurmanı yaratmaq cəhdidir”, - deyə məqalədə qeyd olunur.

Müəllif hesab edir ki, “Arsax” uydurma dövlət olsa da, onun yalançı “prezidenti” Bako Saakyan Azərbaycan və Ermənistan arasında davam edən münaqişənin sülh yolu ilə nizamlanması yolunda kifayət qədər real maneədir.

“Qarabağ müharibəsinin ən pis dövrü olan 1991-1994-cü illər aralığında Saakyan “Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə qüvvələri komitəsinin rəhbər müavini olmuşdur”, - deyə məqalədə qeyd edilir və vurğulanır ki, Saakyan açıq-aşkar qanunsuz zəbt edilmiş Azərbaycan ərazilərini saxlamaq niyyətindədir.

Dərgidə qeyd edilir ki, Ermənistan Rusiyanın virtual əlaltısına çevrilmişdir, bu isə, rəsmi Moskvanın əvvəlki geosiyasi və regional nüfuzunun bərpa planında açar rolunu oynayır.

“Ermənistan Rusiya ilə birgə müdafiə haqqında müqavilə imzalamışdır və yaganə dövlətdir ki, “İsgəndər” nüvə raket komplekslərinə sahib olmaq hüququna malikdir. Mətbuata inansaq, Saakyana Rusiyanın nüfuzlu “Böyük Pyotr” mükafatı da təqdim edilmişdir”, - Y.İladi yazır.

“İnternetin sayəsində biz elə bir dövrdə yaşayırıq ki, hər hansı aktyorun yaratdığı saxta xəbərlər bütün dünyada yayıla və bununla da, real fəsadlara yol aça bilərlər. Hökumət və dövlətlərin bu yalan axınının qarşısını almaq üçün nə edə biləcəkləri hələ də qeyri-müəyyən olaraq qalır.

Lakin bir şeyi etmək mümkündür. Bu həmin pis aktyorların demokratiya və qanuniliyin müqəddəs simvollarına çıxışını məhdudlaşdırmaqdan ibarətdir. Erməni lobbisinin nə dərəcədə nüfuzlu olmasından asılı olmayaraq, ABŞ Konqresi saxta siyasətçilərin və onların saxta xəbərlərinin onun himayəsi altında olmasına imkan verməməlidir”, - deyə məqalədə qeyd edilir.

Xatırladaq ki, bu günlərdə bir sıra erməni KİV-i Qarabağ separatçılarının lideri Bako Saakyanın ABŞ-a səfər edəcəyi və səfər zamanı Senat və Nümayəndələr Palatasınını üzvləri, ekspert dairələri, həmçinin, erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcəyi barədə xəbərlər yaymışlar.

Elşən Rüstəmov

 

Paylaş:
747

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər