Tillersonun istefasının səbəbi məlum oldu | 1news.az | Xəbərlər
Dünya

Tillersonun istefasının səbəbi məlum oldu

10:05 - 14 / 03 / 2018
Tillersonun istefasının səbəbi məlum oldu

ABŞ prezidenti Donald Tramp Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlərini Şimali Koreya lideri ilə danışıqlar üçün yeni komanda formalaşdırmaq məqsədi ilə dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi Ağ Evdə olan mənbəyə istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, Tramp yeni dövlət katibinin KXDR nümayəndələr ilə görüşdən və ticarət sahəsində danışıqlardan əvvəl vəzifəsinin icrasına başlamasını istədiyini bildirib.

Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamada Reks Tillersonun istefası məsələsinin uzun müddət müzakirə olduğunu diqqətə çatdırıb. Bunun fikir ayrılıqları ilə əlaqədar olduğu bildirilir.

Buna misal kimi prezident İranla bağlanmış nüvə sazişini göstərib. Trampın sözlərinə görə, o, müqaviləyə xitam vermək niyyətində olsa da, Tillerson sənəddə hər şeyin qaydasında olduğunu hesab edib.

Qeyd edək ki, bundan əvvəl martın 13-də Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərdiyini elan edib. Bu vəzifəyə Mərkəzi kəşfiyyat idarəsinin direktoru Mayk Pompeko gətiriləcək. Kəşfiyyat orqanına isə idarənin tarixində ilk dəfə olaraq qadın – Cina Haspel başçılıq edəcək. 

S.Xankişiyeva

Paylaş:
697

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər