Erməni məsələsinə gəlincə, Fransa şəhərləri mərkəzi hakimiyyətin qərarlarını qəbul etmir | 1news.az | Xəbərlər
Siyasət

Erməni məsələsinə gəlincə, Fransa şəhərləri mərkəzi hakimiyyətin qərarlarını qəbul etmir

11:50 - 14 / 03 / 2018
Erməni məsələsinə gəlincə, Fransa şəhərləri mərkəzi hakimiyyətin qərarlarını qəbul etmir

Mart ayının əvvəllərində Facebook sosial şəbəkəsində Fransanın Alforvil şəhərində çəkilmiş göstərici nişan dərc edilib.

Şəkildə müxtəlif istiqamətlər arasında Azərbaycanın işğal edilmiş Laçın rayonu da yer alıb, lakin ad qismində ermənilərin istifadə etdikləri Bendzor adı qeyd edilib.

“Fransadan xoş xəbər. Şəhərin girişindəki bilbordlarda “Arsax Respublikası”nın bayrağı və Bendzor şəhərinin adı əks olunub”, -  deyə “Ədalət və Demokratiya naminə Avropa-erməni Federasiyasının (EAFJD) bəyanatında deyilir.

Paylaşımda o da qeyd olunub ki, göstərici nişanda şəhərin adının qeyd edilməsi “2017-ci ilin noyabrında iki şəhər – Fransanın Alforvil və Qarabağın Bendzor (əsl adı Laçın – red.) şəhərləri arasında dostluq haqqında razılaşmanın imzalanmasının nəticəsidir”.

Həmin vaxt Qarabağ separatçılarının lideri Bako Saakyanın başçılıq etdiyi nümayəndə heyəti Alforvil şəhərində səfərdə olmuşdur.

Fransanın regional hökümət orqanları nümayəndələri və Qarabağ separatçıları arasında dostcasına səfərlər kifayət qədər tez-tez rast gəlinən haldır. Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas platforma olan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının həmsədri olduğunu nəzərə alsaq, bu fakt xüsusilə heyrət doğurur.

Məsələyə aydınlıq gətirmək üçün 1news.az olaraq, Fransanın Azərbaycandakı səfirliyinə müraciət etdik. Səfirlikdən bildirdilər:

“Bizim mövqeyimiz aydındır: Biz Dağlıq Qarabağı tanımırıq və onun nümayəndələri qismində çıxış edən şəxslərlə əlaqə saxlamırıq. Qeyd etdiyiniz razılaşma heç bir hüquqi qüvvəyə malik deyil və Fransa [dövlət olaraq] ona riayət etmək məcburiyyətində deyil”.

Foto: Fransanın Alforvil şəhərinin girişində göstərici nişan

Səfirlikdən onu da bildirdilər ki, Fransa hökuməti mütəmadi olaraq yerli icra hakimiyyəti orqanlarına tanınmamış qurumların hökumətləri ilə hər hansı razılaşmaların imzalanmasına səlahiyyətlərinin olmamasını xatırladır.

“Fransa hökuməti qaydalara riayət olunması ilə bağlı qanunda nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirir. Fransa Respublikasının prezidenti də qeyd etmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransa öz rolunu qərəzsiz icra etmək niyyətindədir”, - deyə səfirlikdən bildirildi.

Lakin bu qərəzsizliyin nədə ifadə olunduğu qeyri-müəyyəndir, belə ki, sözügedən səhv nişan hələ də Alforvil şəhərində qalmaqdadır və görünür rəsmi Paris bu şəhərin rəhbərliyi qarşısında heç bir hakimiyyətə malik deyil. Xüsusilə də, söhbət ermənilərdən gedirsə...

Yelena Ostapenko

 

Paylaş:
760

Son xəbərlər

Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23
Bütün xəbərlər