Britaniya və Rusiya arasında gərginlik davam edir | 1news.az | Xəbərlər
Dünya

Britaniya və Rusiya arasında gərginlik davam edir

17:43 - 15 / 03 / 2018
Britaniya və Rusiya arasında gərginlik davam edir

Rusiya və İngiltərə arasında diplomatik münasibətlər kəskinləşməkdə davam edir.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniya hökümətinin 23 rus diplomatını deportasiya etmək qərarından sonra ingilis diplomatlarına qarşı da Rusiyanın eyni cür davranacağını bildirib.

Xatırladaq ki, martın 14-də Tereza Mey açıqlamasında Skripal hadisəsinə görə Rusiyanı günahlandıraraq, 23 rus diplomatının Britaniyadan çıxarılacağını bildirmişdi.

S.Xankişiyeva

İngiltərə 23 Rusiya diplomatını ölkədən çıxarır

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər