ABŞ-da körpü çöküb: 4 nəfər həlak olub – FOTO
ABŞ-da Florida Beynəlxalq Universitetinin ərazisində yeni inşa olunan piyada körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.
1news.az-ın euronews-a istinadla verdiyi xəbərə görə, ağır xəsarətlər alan 10 nəfər dərhal yaxınlıqda yerləşən Kendall Regional Tibb Mərkəzinə yerləşdirib.
Yaralılardan birində ürək tutması baş verib, digər bir nəfər isə komaya düşüb.
Xatırladaq ki, 950 tonluq körpü 5-ci kateqoriyalı qasırğasının gücünə tab gətirməli idi və 100 ildən artıq müddət üçün nəzərdə tutulmuşdu.
S.Xankişiyeva
740