Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib – FOTO – VİDEO   | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib – FOTO – VİDEO  

11:58 - 16 / 03 / 2018
Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib – FOTO – VİDEO  

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

S.Xankişiyeva

 

Paylaş:
1540

Son xəbərlər

Bütün xəbərlər