Rusiya 23 britaniyalı diplomatı ölkədən çıxarır | 1news.az | Xəbərlər
Dünya

Rusiya 23 britaniyalı diplomatı ölkədən çıxarır

14:01 - 17 / 03 / 2018
Rusiya 23 britaniyalı diplomatı ölkədən çıxarır

Rusiyanın Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin 23 diplomatik işçisini “persona non-qrata” elan edib və Rusiyanı tərk etmələri üçün bir həftə vaxt verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilir.

Nazirliyin məlumatında deyilir ki, “Böyük Britaniyanın Moskvadakı səfirliyinin 23 diplomatik işçisi “persona non-qrata” elan olunur və həftə ərzində geri göndərilir”.

XİN-də qeyd ediblər ki, bu Britaniya tərəfinin təxribat xarakterli hərəkətlərinə və martın 4-də Solsberi şəhərində baş vermiş hadisə ilə (Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi) bağlı (Böyük Britaniya) Rusiya Federasiyasını əsassız ittiham etməsinə cavab tədbiridir”.

Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

S.Xankişiyeva

 

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər