Qurban Qurbanov: “Zəif hesab etdiyimiz yığmalar düşündüyümüzdən daha güclüdü” | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: “Zəif hesab etdiyimiz yığmalar düşündüyümüzdən daha güclüdü”

17:35 - 22 / 03 / 2018
Qurban Qurbanov: “Zəif hesab etdiyimiz yığmalar düşündüyümüzdən daha güclüdü”

“Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu bu matça ciddi hazırlaşıb. Hamı bilir ki, bizi qarşıda hansı oyunlar gözləyir”.

1news.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov deyib.

Millimiz sabah Belarusla yoldaşlıq oyununda üz-üzə gələcək.

Qarşılaşmadan öncə mətbuat konfransı keçirən Qurbanov oyun haqda fikirlərini bildirib: “Futbolçularla söhbət etmişəm. Sabahkı matçda ən doğrusunu etməyə çalışacağıq”.

- Legionerlərin durumu necədi? Xüsusilə, sabah Araz Abdullayevi start heyətində görə biləcəyik?

- Futbolçuların vəziyyəti yaxşıdı. Arazı sabah start heyətində görmək ehtimalımız çoxdu.

- Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. Sizcə, bu sistemə ehtiyac var?

- Bu sistem yaranandan onun tərəfdarı olmuşam. Müzakirələrə səbəb olan epizodlar çox olub. Bəzi komandaların haqqı əlindən alınıb. Buna görə, bu texnologiyanın tərəfdarıyam. Oyunlarımızda VAR sistemindən istifadə olunmasını istəyərdim. Həmçinin də ölkə çempionatında.

- Millinin əsas iki hücumçusu Ramil Şeydayev və Mahir Mədətovu U-21-ə göndərdiz. Bu, Rəşad Sadıqovun istəyi idi?

- Həmin oyunçuların potensialına bələdəm. Onların bu matçlarda çıxış etmək ehtimalı az idi. Çünki hücum xəttində yeni futbolçuları sınamaq istəyirdim. Sabahkı oyunda bir neçə dəyişiklik edib, bəzi futbolçuların nəyə qadir olduğuna şahid olacağıq.

- Millətlər Liqası və AÇ-nın seçmə mərhələsinin sizin üçün fərqi var?

- Fərqli turnirlərdi. Mən hazırda heç kimi zəif saymıram. Bu gün bizim zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdü. Onlar daha istəkli olurlar. Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycan üçün nə demək olduğunu bilməlidilər. Ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq.

- Oyun Olimpiya stadionunda olacaq. Ancaq bu arenaya yol bir qədər uzaqdı. Olmazdı ki, millinin oyunları Tofiq Bəhramov stadionunda olsun?

- Azarkeş amili çox mühümdü. Əvvəl mən də ÇL-in qrup oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq orda oyunlar keçirdikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Narazı qalmadım. Daha çox azarkeş gəldi. Düzdü, nəqliyyatla bağlı müəyyən problemlər oldu. Ancaq həmin stadion Avropa standartlarına uyğun arenadı. Problem görmürəm. Hələ vaxtımız var. Ola bilsin, gələn oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionunda və ya başqa arenada olsun. Məncə, azarkeşlər də Olimpiya stadionunu seviblər. Hər şey azarkeşlər üçündü.

- Ayaz Quliyev Rusiyanın U-21 millisinə dəvət olundu. Bir müddət öncə isə Azərbaycan millisində çıxış etməyin əleyhinə olmadığını demişdi. Onu da Ramil Şeydayev kimi ruslardan “oğurlamaq” mümkün olacaq?

- Bütün futbolçuları izləyirik. Əgər biz hansısa futbolçunun Azərbaycan millisi üçün faydalı olacağını düşünsək, onu yığmaya dəvət etməkdən çəkinməyəcəyik. Zamanı gəldikdə, lazım olan futbolçuları çağıracağıq.

- Bu gün aşağı yaş qruplarında xeyli milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki siz yığmaya yeni gələndə, bu cür futbolçuların sayının azalacağı güman olunurdu...

- Hansı məşqçini dindirsən, deyəcək ki, istedadlı futbolçulara ehtiyacımız var. Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Əlbəttə, biz ilk növbədə azərbaycanlı futbolçuların xidmətindən yararlanmalı, yerli futbolçuların yetişdirilməsinə diqqət ayırmalıyıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq. Milliləşdirilmiş futbolçuların sayı bizdə də get-gedə azalır.

1news.az

Paylaş:
755

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər