Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb

14:16 - 23 / 03 / 2018
Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb

Rusiyada keçirilən prezident seçkilərində 76,69% səs toplayan ölkənin hazırkı rəhbəri Vladimir Putin yenidən prezident seçilib.

1news.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyasının (MSK) qərar layihəsində deyilir.

Qərar layihəsi MSK-nın cümə günü keçiriləcək iclasında qəbul ediləcək.

Seçkilərdə Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,77% səslə ikinci olub.

Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski 5,65% səs toplayaraq namizədlər arasında üçüncüdür.

Vətəndaş Təşəbbüsü Partiyasının namizədi Kseniya Sobçak seçicilərin 1,68% səsini qazanıb.

1news.az

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər