Yerevanda avtomobili faşist Qaregin Njdenin abidəsinin üstünə sürüblər
Yerevanda avtomobil faşist rejiminin əlaltısı Qaregin Njdenin abidəsinin postamentinə çırpılıb.
1news.az xəbər verir ki, səhər saatlarında 31 yaşlı Yerevan sakini Marqarita Asatryan idarə etdiyi "Mercedes" markalı avtomobillə yoldan kənara çıxıb, maşın Q.Njdenin abidəsinin postamentinə çırpılıb.
Qəza nəticəsində qadın sürücü xəsarət alıb.
Xatırladaq ki, bundan əvvəl Sünik vilayətində faşist rejiminin əlaltısı olmuş Q.Njdenin abidəsini güllələmişdilər.
1news.az
612