XİN: Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var

14:46 - 27 / 03 / 2018
XİN: Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var

Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var.

1news.az  xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu gün mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərək bildirib.

H.Hacıyev deyib ki, 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması deyəsən, Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir:

“Çünki Ermənistan hər bir vəchlə qəsdən danışıqların danışıqlar naminə aparılması və danışıqların imitasiya edilməsi siyasətini yürüdür. Bununla, Ermənistan danışıqlar prosesini uzatmaq və Azərbaycan ərazilərinin işğalının davam etdirmək kimi çirkin məqsəd güdür.

Münaqişənin fundamental əsasını təşkil edən işğal faktına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması əvəzinə, Ermənistanın siyasi-hərbi rəhbərliyi qəsdən danışıqlarda diqqəti texniki-köməkçi məsələlərə yönətməyə çalışır.

Ermənistanın bir dövlət olaraq Azərbaycanın əzəli torpaqlarında yaradılması tarixi faktdır. Ermənistanın siyasi-hərbi rəhbərliyinə XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən yalnız Yerevan şəhərində aparılmış əhalinin siyahıyaalma statistikasına nəzər salmağı tövsiyə edərdik.   

Hələ də mifik və xəstə “böyük ermənistan” xülyası ilə yaşayan Ermənistan rəhbərliyi natamamlıq kompleksindən əziyyət çəkərək müxtəlif əfsanələrlə erməni xalqını aldatmaq, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürmək və işğalçılıq siyasəti yürütməklə məşğuldur.

Regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan rəhbərliyi Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi əməllərinə görə məsuliyyətini etiraf etməli, BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə görə daşıdığı öhdəliklərinə əməl etməli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, öz qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.       

P.Sultanova

Paylaş:
449

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər