Rusiyada matəm elan olunub
Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i tarixi matəm günü elan edilib.
1news.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki dördmərtəbəli “Qış albalısı” Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb, 13 nəfər isə xəstəxanaya yerləşdirilib.
Baş verən faciəli hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. Araşdırma aparılır.
1news.az
692