Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib

İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib.
1news.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Ruhani səfəri çərçivəsində Azərbaycan rəhbərliyi ilə ikitərəfli münasibətləri müzakirə edəcək.
Həmçinin iki ölkə arasında bir sıra sazişlərin imzalanacağı gözlənilir.
1news.az
560