Fələstinin XİN rəhbəri Bakıya gəlir | 1news.az | Xəbərlər
Siyasət

Fələstinin XİN rəhbəri Bakıya gəlir

11:23 - 28 / 03 / 2018
Fələstinin XİN rəhbəri Bakıya gəlir

Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Azərbaycana səfər edəcək.

Bu barədə 1news.az-a Fələstinin Bakıdakı səfiri Nasir Əbdül Kərim məlumat verib.

Onun sözlərinə görə, XİN rəhbəri aprelin 5-6-da keçiriləcək Qoşulmama hərəkatının nazirlər konfransında iştirak edəcək.

Riyad Əl-Malikinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

P.Sultanova

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər