Venesuelada həbsxanada qiyam baş verib: 78 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Venesuelada həbsxanada qiyam baş verib: 78 nəfər ölüb

10:10 - 29 / 03 / 2018
Venesuelada həbsxanada qiyam baş verib: 78 nəfər ölüb

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, ölənlərdən 68-in kişi, 10-un qadın olduğu bildirilir.

Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir. İnsidentin səbəbləri açıqlanmır.

Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.

S.Xankişiyeva

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər