Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır
Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub.
1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı baş konsulluğunun işçisi olduğunu bildirilir.
Bundan əvvəl bildirilmişdi ki, Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır.
1news.az
642