İranda zəlzələ: yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

İranda zəlzələ: yaralananlar var

17:46 - 01 / 04 / 2018
İranda zəlzələ: yaralananlar var

İranda 5,3 bal gücündə zəlzələ olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ İran-İraq sərhədində qeydə alınıb.

Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Zəlzələ zamanı 23 nəfər yaralanıb. Məlumatda bildirilir ki, yaralanan şəxslərə ilkin tibbi yardım göstərilib.

S.Xankişiyeva

 

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər