Ərdoğan Afrindəki son döyüşlərdən danışıb | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan Afrindəki son döyüşlərdən danışıb

20:00 - 01 / 04 / 2018
Ərdoğan Afrindəki son döyüşlərdən danışıb

Türkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada çıxışı zamanı bildirib:

“Bəzi dövlətlər bundan narahatlıq keçirirlər. Bu, Fransanı narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik”.

Ərdoğan qeyd edib ki, “Zeytun budağı” əməliyyatı hazırda davam edir. Əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər