Meymun körpəni qaçırıb öldürdü | 1news.az | Xəbərlər
Dünya

Meymun körpəni qaçırıb öldürdü

21:13 - 03 / 04 / 2018
Meymun körpəni qaçırıb öldürdü

Hindistanın  Orissa ştatında meymun körpəni oğurlayaraq, onu su quyusunda boğub.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Ana əmin edir ki, evə daxil olmuş makaka-rezus miçətkənin içində yatan yeni doğulmuş körpəni əlinə alaraq qaçıb. Meymun çevik şəkildə evin damına dırmanaraq gözdən itib.

Uşağın valideynləri itkin düşmüş körpəni tapmağa çalışsalar da, axtarışlar nəticə verməyib. Növbəti gün kəndin sakinlərindən biri yeni doğulmuş körpənin meyitini su quyusunda aşkarlayıb.

Meyitin müayinəsindən sonra onun suda boğulduğu təsdiqlənib. Qohumlar meymunun körpəni ehtiyatsızlıqdan əlindən düşürdüyünü hesab edir.

Hadisənin səbəbkarı olan meymunu tapmaq hələ ki, mümkün olmayıb.

“Meymunlar tez-tez insanlara hücum edir, yem axtarışında evlərə daxil olur. Ancaq meymunun körpəni evdən qaçırması, qarşılaşdığımız ilk belə haldır” deyə yerli polis nümayəndəsi bildirib.

1news.az

Paylaş:
3709

Son xəbərlər

Bütün xəbərlər