Millimiz beynəlxalq turnirdə iştirak edəcək | 1news.az | Xəbərlər
Futbol

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

22:32 - 03 / 04 / 2018
Millimiz beynəlxalq turnirdə iştirak edəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. 

Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
23 aprel

16:00.Yunanıstan – Azərbaycan
 
25 aprel

18:00. Türkiyə - Azərbaycan
 
27 aprel

15:00. Gürcüstan – Azərbaycan

1news.az

Paylaş:
722

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər