Nazim İbrahimov diaspor rəhbərinə “Tərəqqi” medalını təqdim edib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Nazim İbrahimov diaspor rəhbərinə “Tərəqqi” medalını təqdim edib – FOTO

15:36 - 04 / 04 / 2018
Nazim İbrahimov diaspor rəhbərinə “Tərəqqi” medalını təqdim edib – FOTO

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 28 dekabr 2017-ci il tarixli sərəncamı ilə təltif olunan Ukraynanın Dnepropetrovsk vilayətindəki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyevə “Tərəqqi” medalı təqdim olunub.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, dövlət mükafatını Qüdrət Hacıyevə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təqdim edib.

Nazim İbrahimov bildirib ki, uzun illərdir diaspor sahəsində fəaliyyət göstərən Qüdrət Hacıyev Azərbaycanın mənafelərinin və dövlətçiliyimizin qorunmasında böyük xidmətlər göstərib.

Onun Azərbaycan diasporunun inkişafı sahəsində və xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən bu mükafata layiq görüldüyünü deyən Nazim İbrahimov Qüdrət Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qüdrət Hacıyev isə öz növbəsində onun fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısına minnətdarlığını bildirib və bundan sonra diasporun, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafında daha böyük həvəslə çalışacağını əlavə edib.

Təqdimat mərasimində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Məclisinin sədri Akif Gülməmmədov da iştirak edib.

S.Xankişiyeva

Paylaş:
866

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər