YouTube-un mənzil-qərargahında atışma törədən qadın zərərsizləşdirilib – FOTO – VİDEO    | 1news.az | Xəbərlər
Dünya

YouTube-un mənzil-qərargahında atışma törədən qadın zərərsizləşdirilib – FOTO – VİDEO   

09:40 - 04 / 04 / 2018
YouTube-un mənzil-qərargahında atışma törədən qadın zərərsizləşdirilib – FOTO – VİDEO   

YouTube kanalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.   

ABC telekanalının məlumatına görə, Stenford xəstəxanasına 5 yaralı yerləşdirilib.  San-Fransisko mərkəzi xəstəxanasına da YouTube-un bir neçə işçisinin daxil olduğu bildirilir. 

Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir. Digər təfərrüatlar açıqlanmır.

S.Xankişiyeva

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər