İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

11:58 - 04 / 04 / 2018
İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

1news.az xəbər verir ki, nazir Riad Malki Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd etdi və bu tədbirdə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəmini vurğuladı və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğuladı, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş etdi.

10:18

1news.az 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

S.Xankişiyeva

 

Paylaş:
559

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər