Lev Spivak: Azərbaycanda seçkiqabağı vəziyyət sabit və sakitdir

Azərbaycanda insanlarla ünsiyyətdən hiss olunur ki, ölkədə sabitlik və sakitlik hökm sürür.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak deyib.
“Martın əvvəlində biz Kiryat-Byalik şəhərinin nümayəndə heyəti ilə Azərbaycana səfər etmişdik. Biz İsmayıllı rayonunun bir neçə qəsəbəsinə və Şəkiyə yollandıq. İnsanlarla söhbətdən müsbət təəssüratlar əldə etdik. Sabitlik, sakitlik hiss olunur”, - deyə baş direktor bildirib.
Azərbaycan-İsrail münasibətlərinə toxunan L.Spivak bildirib ki, iki ölkə arasında əməkdaşlıq gələcəkdə daha da güclənəcək: “Ölkələrimiz hərbi sahədə, neft sektorunda fəal əməkdaşlıq edir. Son dövrlərdə bir çox birgə özəl müəssisələr yaradılır. İsrail elitası üçün bu münasibətlər vacib olduğuna görə “Azİz” Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər göndərəcək. Onların tərkibində İsrail Knessetinin deputatları da olacaq”.
S.Xankişiyeva