Rumıniyada yaşayan Azərbaycan vətəndaşları Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Rumıniyada yaşayan Azərbaycan vətəndaşları Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər

18:13 - 06 / 04 / 2018
Rumıniyada yaşayan Azərbaycan vətəndaşları Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər

Rumıniyada yaşayan və işləyən Azərbaycan vətəndaşları aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində yaradılan məntəqədə səs verəcəklər.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Rumıniyada səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının sayının az olmasına görə ölkəmizin Buxarestdəki səfirliyində seçki məntəqəsi yaradılmayıb. Ona görə də səfirlikdə çalışan diplomatik korpusun nümayəndələri Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər.

Xatırladaq ki, Azərbaycanın Moldovadakı səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.

S.Xankişiyeva

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər