Kanadada faciə: Xokkey komandasının 14 üzvü həlak oldu - FOTO  | 1news.az | Xəbərlər
Dünya

Kanadada faciə: Xokkey komandasının 14 üzvü həlak oldu - FOTO 

16:51 - 07 / 04 / 2018
Kanadada faciə: Xokkey komandasının 14 üzvü həlak oldu - FOTO 

Kanadada gənclərdən ibarət xokkey komandasının avtobusu qəzaya uğrayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, qəza nəticəsində ən azı 14 nəfər həlak olub.

Hadisə axşam saatlarında Saskaçevan vilayətində baş verib. “Humboldt Broncos” komandasının oyunçuları Tisdeyl şəhərinin 30 kilometrliyində yük maşını ilə toqquşub.

Avtobusda 28 nəfər olub. Onlardan 14-ü həlak olub. Digərləri isə xəsarət alıb. 3 nəfərin vəziyyəti ağırdır.

Baş nazir artıq həlak olanların ailələrinə başsağlığı verib.

S.Xankişiyeva

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər