Xorvatiya Azərbaycanda səfirlik açır | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiya Azərbaycanda səfirlik açır

14:56 - 10 / 04 / 2018
Xorvatiya Azərbaycanda səfirlik açır

Xarici İşlər Nazirlyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə R.Şabanoviç Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P.Mirzəzadəyə təqdim edib.

Notada  iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda səfirliyinin təsis edilməsi barədə məlumat verilir. İndiyə qədər Xorvatiyanın Azərbaycana akkreditə olunmuş səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir və Xorvatiya müvəqqəti ofis vasitəsilə təmsil olunurdu. 

Səfir Pərvin Mirzəzadə Xorvatiyanın Azərbaycanda diplomatik təmsilçiliyinin səfirlik səviyyəsinə yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

1news.az

 

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər