Donald Trampın daha bir müşaviri istefa verib | 1news.az | Xəbərlər
Dünya

Donald Trampın daha bir müşaviri istefa verib

21:10 - 10 / 04 / 2018
Donald Trampın daha bir müşaviri istefa verib

ABŞ prezidenti Donald Trampın terrorla mübarizə məsələləri üzrə müşaviri Tom Bossert istefa verib.

1news.az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Prezident bizim qüdrətli dövlətimizin təhlükəsizliyinin təminatına görə Bossertə minnətdarlığını bildirir”, - deyə  Sara Sanders bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Gerbert Makmaster istefa verib.

1news.az

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər