“Artur J.Finkelstein and Associates” təşkilatı “exit-poll”un nəticələrini açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

“Artur J.Finkelstein and Associates” təşkilatı “exit-poll”un nəticələrini açıqlayıb

20:32 - 11 / 04 / 2018
“Artur J.Finkelstein and Associates” təşkilatı “exit-poll”un nəticələrini açıqlayıb

ABŞ-ın “Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticəsini açıqlayıb.

1news.az xəbər verir ki, sorğuda 14 min seçici iştirak edib. “Exit-poll”da iştirak edən seçicilərdən 85,57 faizə qədəri Prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə sıralanması belədir:

Qüdrət Həsənquliyev 2,96 faiz

Zahid Oruc 2,92 faiz

Sərdar Cəlaloğlu 2,48 faiz

Hafiz Hacıyev 1,76 faiz

Araz Əlizadə 1,42 faiz

Fərəc Quliyev 1,52 faiz

Razi Nurullayev 1,37 faiz.

Qeyd edək ki, “Exit-poll” 40 seçki dairəsində keçirilib.

1news.az

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər