Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: Azərbaycana istənilən dəstəyi göstərməyə hazırıq | 1news.az | Xəbərlər
Siyasət

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: Azərbaycana istənilən dəstəyi göstərməyə hazırıq

09:07 - 11 / 04 / 2018
Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: Azərbaycana istənilən dəstəyi göstərməyə hazırıq

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub.

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ölkəsinin Hərbi Dəniz Qüvvələrinin istənilən köməkliyi və dəstəyi Azərbaycan Hərbi Dəniz Qüvvələrinə göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə həmçinin, Azərbaycanla Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

P.Sultanova

Paylaş:
1139

Son xəbərlər

Bütün xəbərlər