Əlcəzairdə təyyarə qəzası: 257 ölü - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Əlcəzairdə təyyarə qəzası: 257 ölü - YENİLƏNİB

16:43 - 11 / 04 / 2018
Əlcəzairdə təyyarə qəzası: 257  ölü - YENİLƏNİB

Əlcəzairdə İl-78 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 257 nəfər ölüb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, ölənlərdən 247 nəfəri hərbçi, digərləri isə onların ailə üzvləri olub.

Məlumata görə, qəza nəticəsində təyyarədə olan bütün heyət ölüb.

13:57

1news.az

Əlcəzairdə İl-78 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 105 nəfər həlak olub.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, onlardan 26 nəfəri Qərb Saharadandır.

Qəzada sağ qalanın olmadığı vurğulanıb.

1news.az

12:30

Əlcəzairdə "İl-78" hərbi təyyarəsi qəzaya uğrayıb.

1news.az bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Hadisə kənd təsərrüfatı zonasında Blida şəhəri yaxınlığında baş verib.

Hadisə nəticəsində onlarla insan həlak olub. Ölənlərin sayının artacağı istisna edilmir. Hadisə yerinə xilasedicilər cəlb edilib.

P.Sultanova

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər